Operativ Məlumat Mərkəzi

Hava limanı payız-qış uçuş cədvəlinə keçir

2 dəq
Paylaş:
Hava limanı payız-qış uçuş cədvəlinə keçir
Sabahdan Heydər Əliyev Beynəlxalq Aeroportu gələn il martın 30-na qədər payız-qış uçuş cədvəlinə keçir. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə hava...

Sabahdan Aeroportu gələn il martın 30-na qədər payız-qış uçuş cədvəlinə keçir.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, bu müddətdə Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetirəcək.

Payız-qış mövsümündə baza aviadaşıyıcısı olan " Hava Yolları" QSC (AZAL) bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət variantları təqdim edəcək.

"Bakı hava limanı bütün sərnişinlərinə yüksək səviyyədə xidmət göstərməyə çalışır, həmçinin aviadaşımaların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyalar və yenilikləri tətbiq etməyə davam edir", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax