Əsas məzmuna keç

Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib. Bu...

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələrində döyüş atışlı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, praktiki atışlardan əvvəl şəxsi heyətə qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

"Təlimdə heyətlər tərəfindən "İqla-S" daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir", - məlumatda qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…