Operativ Məlumat Mərkəzi

Hatayın daha bir rayonunda zəlzələ olub

2 dəq
Paylaş:
Hatayın daha bir rayonunda zəlzələ olub

Türkiyənin şəhərinin Hassa rayonunda - Suriya ilə sərhədin yaxınlığında 4,6 maqnitudalı zəlzələ olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təkanların ocağı 5,13 km dərinlikdə olub. AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 02:29-da qeydə alınıb.

Qeyd edək ki, fevralın 11-də axşam saatlarında Hatayın Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ olmuşdu.

Hatay şəhəri fevralın 6-da baş verən silsilə güclü zəlzələlərin episentrinə çox yaxın olmasa da, zonasında ən çox zərər çəkmiş bölgələrdən biri olub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən kimi tarixə düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax