Operativ Məlumat Mərkəzi

“Hakimlərin xidməti vəsiqəsi ilə bağlı səlahiyyətlər Məhkəmə Hüquq Şurası tərəfindən tənzimlənəcək”

2 dəq
Paylaş:
“Hakimlərin xidməti vəsiqəsi ilə bağlı səlahiyyətlər Məhkəmə Hüquq Şurası tərəfindən tənzimlənəcək”

Milli Məclisin plenar iclasında çıxış edən Nizami Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü ilə təqdim edilən qanun layihəsinin əhəmiyyətini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, layihə Hüquq Şurasının məhkəmə hakimiyyətinin özünü idarə funksiyalarını həyata keçirən orqan qismində səlahiyyətlərini dəqiqləşdirmək məqsədini daşıyır:

“Layihə əsasən iki qanunda – "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə Hüquq Şurası haqqında" qanunlarda dəyişiklikləri nəzərdə tutur. Bu dəyişikliklər hakimlərin vəsiqəsi ilə bağlı məsələləri tənzimləyir”.

Deputat əlavə edib ki, yeni qanun layihəsinə əsasən, hakimlərin xidməti vəsiqəsi Məhkəmə Hüquq Şurası tərəfindən təsdiq ediləcək və şuranın sədri tərəfindən təqdim olunacaq. Eyni zamanda, 22 iyun 1999-cu il tarixli qanunla təsdiq edilmiş hakimlərin xidməti vəsiqəsi haqqında əsasnamənin ləğv olunması təklif edilir.

Nizami Səfərov deputatlardan qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə səs vermələrini xahiş edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax