Operativ Məlumat Mərkəzi

Hakan Fidan BMT-nin bütün sistemində islahatlara ehtiyac olduğunu bildirib

2 dəq
Paylaş:
Hakan Fidan BMT-nin bütün sistemində islahatlara ehtiyac olduğunu bildirib

Türkiyənin naziri Rio-de-Janeyroda keçirilən G20 nazirlər toplantısında Şurasının böhranları həll edə bilməməsi səbəbindən Təşkilatının (BMT) bütün sisteminin islah edilməsinin zəruriliyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı diplomatik mənbələrə istinadən məlumat verib.

Telekanalın məlumatına görə, türkiyəli nazir "qlobal idarəetmə islahatı" sessiyasında çıxış edərək qeyd edib ki, BMT Təhlükəsizlik Şurası bir çox məsələlərdə, xüsusən də bütün BMT sisteminin nüfuzuna kölgə salan Qəzza böhranının həlli ilə bağlı addımlar ata bilmir.

Fidan vurğulayıb ki, beynəlxalq hüququn parametrlərinə əsaslanan BMT-nin daha demokratik, hesabatlı sistemi lazımdır.

Fidan həmçinin bildirib ki, beynəlxalq maliyyə sistemi daha şəffaf və dayanıqlı olmalıdır, maliyyə institutları isə inkişaf etməkdə olan və yoxsul ölkələrin maraqlarını nəzərə alan siyasət yürütməlidir. Əks təqdirdə, onun fikrincə, G20 davamlı inkişaf məqsədinə çata bilməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax