Operativ Məlumat Mərkəzi

Gürcüstandan Azərbaycana qanunsuz siqaretlər gətirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
Gürcüstandan Azərbaycana qanunsuz siqaretlər gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana gələn vasitəsinin yük yerində aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Gömrük Komitəsindən məlumat veriib.

Bildirilib ki, Komitənin Gömrük İdarəsinin və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Mazımqara” gömrük postunda Gürcüstan istiqamətindən gələn yük nəqliyyat vasitəsinə həyata keçirilən gömrük yoxlaması zamanı kinoloji it nəqliyyat vasitəsinin qoşqusuna reaksiya verib.

Baxış zamanı, qoşqunun yük yerinin arasından döşəməyə dağınıq şəkildə yığılmış Azərbaycanın aksiz markası ilə markalanmayan 230 qutu “Marlboro touch gray” və 70 qutu “Parliament Night Blue” markalı, ümumilikdə 300 qutu siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax