Operativ Məlumat Mərkəzi

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib

1 dəq
Paylaş:
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Gürcüstanda vətəndaşı Elnur Qüdrət oğlu ölkəyə ekstradisiya olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Suraxanı rayon polis idarəsi tərəfindən istintaqı aparılan üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma niyyəti ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elnur Süleymanov Gürcüstanda saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax