Operativ Məlumat Mərkəzi

Gürcüstanda azərbaycanlı ata və oğlunun güllələnməsi “oğru aləmi” ilə əlaqələndirilir

2 dəq
Paylaş:
Gürcüstanda azərbaycanlı ata və oğlunun güllələnməsi “oğru aləmi” ilə əlaqələndirilir

Ötən gün Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında soyadlı azərbaycanlı kişi və onun oğlunun güllələnməsi “oğru aləmi” ilə əlaqələndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə soydaşlarımızın qohumları “TV Pirveli” kanalına bildiriblər.

Onların iddialarına görə, silahlı basqından bir neçə gün öncə “” ləqəbli “ oğru”nun adından Bayramovlarla saxlanılıb və pul tələb edilib.

Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxs maskasız olub və bazar ərazisini taksiyə tərk edib.

Telekanalın məlumatına əsasən, atışma törədən şəxsin kimliyi müəyyən edilsə də, hələ saxlanılmayıb.

Qeyd edək ki, ata və oğlu bazarda qızıl əşyaları mağazasının sahibləri olub. Silahlı insident nəticəsində güllə yarası alan 27 yaşlı Sahib Bayramov xəstəxanada ölüb, atasının vəziyyəti isə stabil ağır olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax