Operativ Məlumat Mərkəzi

Gürcüstan parlamenti Almaniya XİN-dən izahat tələb edir

2 dəq
Paylaş:
Gürcüstan parlamenti Almaniya XİN-dən izahat tələb edir

səfiri Prezidenti sarayına basqını pisləməyib, lakin ötən gün Tbilisidəki aksiyaya qatılaraq ekstremistlərə dəstək ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gürcüstan parlamentinin sədri Papuaşvili deyib.

O qeyd edib ki, səfir Peter Fişerlə bağlı Almaniya və Gürcüstan XİN-ləri arasında baş tutub.

“Məsləhətləşmələr zamanı Almaniya tərəfi bildirib ki, səfir əvvəllər yol verdiyi bu cür əməllərdən çəkinəcək. Mən hazırda Almaniya Xarici İşlər Nazirliyinin hansı addımlar atacağını gözləyirəm. XİN izahatlar təqdim etməlidir”, - Papuaşvili əlavə edib.

Spiker səfirin aksiyada gürcü kilsəsini lənətləyən Mamuka Tsutskiridze ilə fotoşəkil çəkdirməsini Gürcüstan dövəti və cəmiyyətinə qarşı təhqir adlandırıb.

Qeyd edək ki, Almaniya Gürcüstandakı səfirini məsləhətləşmələr üçün bu ilin oktyabrın 19-da geri çağırmışdı. Səfir noyabrın 6-da Tbilisiyə dönüb. Gürcüstan hökuməti diplomatı ölkədə radikal gündəmin təşviqində və Almaniya ilə münasibətlərə ciddi xələl gətirməkdə ittiham edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax