Operativ Məlumat Mərkəzi

Gürcüstan hökuməti Baltikyanı ölkələri qınayıb

2 dəq
Paylaş:
Gürcüstan hökuməti Baltikyanı ölkələri qınayıb

hökuməti Litva və hakimiyyətinin İrakli də daxil olmaqla bir çox məmurlara qarşı tətbiq etməsindən və bu ölkələri “sovet təfəkküründən qurtula bilməməkdə” ittiham etməsindən sonra bəyanat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “NewsGeorgia” portalı yazır.

Gürcüstan hökuməti vurğulayıb ki, Estoniya və Litva “Aİ-də ən məhdud suverenliyə malik və hökumətləri öz xalqlarının mənafeyindən deyil, xarici dövlətin administrasiyasının sifarişi ilə hərəkət edən” ölkələrdir.

Bəyanatda həmçinin bildirilir ki, Litva və Estoniya hakimiyyəti 33 illik müstəqillik tarixinə baxmayaraq, sovet təfəkküründən qurtula bilməyib.

Gürcüstan qeyd edib ki, iki ölkə hökumətlərinin anti-Gürcüstan qərarına qarşı tədbir görmək hüququ və imkanı var, lakin Litva və Estoniya xalqına hörmət baxımından cavab addımlarını məqsədəuyğun hesab etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax