Operativ Məlumat Mərkəzi

Goranboyda qadın qətlə yetirilib, oğlu şübhəli bilinir

1 dəq
Paylaş:
Goranboyda qadın qətlə yetirilib, oğlu şübhəli bilinir

Goranboyda qadının qətli ilə bağı başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" rayon Prokurorluğundan bildirilib.

Aprelin 7-də saat 17 radələrində rayon sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Ş. rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax