Operativ Məlumat Mərkəzi

Generala yüksək VƏZİFƏ VERİLDİ - FOTO

2 dəq
Paylaş:
Generala yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası -mayor Fərid Əliyevə həvalə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, general-mayor Fərid Əliyevin rəhbərlik etdiyi Respublikası və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.

Qeyd edək ki, əvvəllər Dövlət Gömrük Xidmətində çalışmış Fərid Əliyevə İlham Əliyevin ötən ilin noyabr ayında imzaladığı sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib. Müdafiə Nazirliyinin ən gənc generalı olan F.Əliyev bir neçə aydır ki, bu vəzifəni icra edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax