Operativ Məlumat Mərkəzi

Gənclər və İdman Nazirliyinin vəzifələrində dəyişiklik edilib

2 dəq
Paylaş:
Gənclər və İdman Nazirliyinin vəzifələrində dəyişiklik edilib

Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev fərman imzalayıb.

Fərmanla nazirliyin vəzifələrində dəyişiklik aparılıb. Belə ki, qurum tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq.

, həmçinin tabeliyində olan idman obyektlərinin fəaliyyət (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Bu vaxta qədər nazirlik bu işləri ancaq olimpiya idman kompleksləri üzrə həyata keçirirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax