Operativ Məlumat Mərkəzi

Gəncədə saxta içki, kofe, xarici etiketli yuyucu tozun dövriyyəsində şübhəli bilinən şəxslər tutulub

1 dəq
Paylaş:
Gəncədə saxta içki, kofe, xarici etiketli yuyucu tozun dövriyyəsində şübhəli bilinən şəxslər tutulub

Gəncədə istehlakçıları xeyli miqdarda aldatma faktına görə başlanıb.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs Arif Novruzovun tanışı Arzu Babayevlə birgə əldə etdiyi keyfiyyətli standartlarına uyğun olmayan alkoqollu içkilərin, kofe məhsulunun, habelə məlumatlarını dəyişərək digər xarici ölkəyə məxsus istehsalçıya aid etiket məlumatlarını yapışdırdıqları kimyəvi yuyucu məhlulun qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə, bununla da istehlakçıları aldatmalarına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Gəncə şəhər Baş İdarəsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax