Əsas məzmuna keç

Gələn həftədən bağçalarda ilk dəfə diaqnostik qiymətləndirilmə başlayır

Gələn həftədən bağçalarda ilk dəfə diaqnostik qiymətləndirilmə başlayır

bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər...

Gələn həftə, oktyabrın 19-20-də ilk dəfə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə olan tərbiyəçi-müəllim və metodistlərin səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün qiymətləndirilməsi həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində olunacaq və 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…