Operativ Məlumat Mərkəzi

FTB “Crocus City Hall”dakına bənzər terror aktının ABŞ-da təkrarlana biləcəyindən narahatdır

2 dəq
Paylaş:
FTB “Crocus City Hall”dakına bənzər terror aktının ABŞ-da təkrarlana biləcəyindən narahatdır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Moskva yaxınlığındakı “ City Hall”da baş vermiş aktına ölkədə mövcud terror riskindən narahatdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FTB direktoru Kristofer Rey aprelin 11-də Konqresdə elan etməyi planlaşdırır.

“Bir neçə həftə əvvəl Rusiyada konsert salonunda gördüyümüz İŞİD hücumuna bənzər, burada (ABŞ-da – Qeyd) koordinasiyalı hücum ehtimalı ilə bağlı narahatlıq artır”,- “Reuters” onun sözlərindən sitat gətirib.

Rey bildirib ki, Amerika Birləşmiş Ştatların ictimaiyyəti və milli təhlükəsizliyi üçün bu qədər çox təhdidlərin olduğu bir dövrü çətin xatırlayır.

Qeyd olunur ki, FTB digər mümkün təhlükəni İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında müharibə ilə bağlı hücum hesab edir.

“Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıb və konsert zalını yandırıblar. Martın 30-da Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi hücum nəticəsində 144 nəfərin (6-sı uşaq) həlak olduğunu, 511 nəfərin isə yaralandığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax