Operativ Məlumat Mərkəzi

Fransada Eyüp Sultan Məscidi açıldı

1 dəq
Paylaş:
Fransada Eyüp Sultan Məscidi açıldı

Fransanın şimalındakı Rubaix şəhərində 3 min sahəsi olan və tikintisi 12 il davam edən Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı Eyüp məscidinin açılışı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirilib ki, tikintisi təxminən 12 il davam edən məscid Osmanlı memarlığından ilhamlanaraq inşa edilib.

Məscidin hündürlüyü 23 metr olan 1 minarəsi, 15 metr hündürlüyündə 1 baş və 7 kiçik günbəzi var.

Məscidin mərmərləri Konyadan, qapıları Maraşdan gətirilib və yerdə xüsusi Manisa yun xalçasından istifadə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax