Operativ Məlumat Mərkəzi

Fransa bu gün Ermənistana silahlar göndərəcək

1 dəq
Paylaş:
Fransa bu gün Ermənistana silahlar göndərəcək

Fransa fevralın 22-də Ermənistana bir sıra müdafiə silahları göndərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, KİV-ləri “Le Figaro”ya istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət “Thales” şirkətinin istehsal , 250 kilometr məsafədə təyyarələri aşkar etməyə imkan verən üç ədəd “Ground Master” radarından (GM 200), həmçinin gecəgörmə cihazları və durbinlərindən gedir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın Suren Papikyanın Fransaya səfəri zamanı İrəvan ilə Paris müdafiə sahəsində sazişləri imzalayıb.

Fevralın 22-də isə xəbər yayılıb ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Ermənistana səfər edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax