Operativ Məlumat Mərkəzi

Firdovsi Əliyev Samuxun icra başçısı təyin olunub

1 dəq
Paylaş:
Firdovsi Əliyev Samuxun icra başçısı təyin olunub

Alı İbrahim oğlu Qocayev Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, F.Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2002-ci ildə Ekologiya və Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən 2023-cü ilin mart ayına qədər ekologiya və təbii sərvətlər nazirinin müavini, daha sonra nazirin müşaviri vəzifəsində çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax