Operativ Məlumat Mərkəzi

Filippin XİN rəhbərinin müavini: “QH çərçivəsində təşəbbüslərinə görə Azərbaycana təşəkkür edirəm”

2 dəq
Paylaş:
Filippin XİN rəhbərinin müavini: “QH çərçivəsində təşəbbüslərinə görə Azərbaycana təşəkkür edirəm”

“Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərə görə Azərbaycana təşəkkür edirəm”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Filippin nazirinin müavini Karlos D.Sorreta Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.

"Bölgəmiz çağırışlarla doludur. Biz müxtəlif siyasi və iqtisadi problemlərlə və onların öhdəsindən necə gələcəyimizi aydın bilməliyik", - o deyib.

Nazir hazırda dünyanın təhlükəsi ilə üzləşdiyini vurğulayıb.

“Biz sabit və dayanıqlı sülhə nail olmaq üçün BMT Şurası ilə birlikdə , daha yaxşı və təhlükəsiz gələcək naminə bu ümumi işə töhfə verməyə hazırıq”, - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax