Operativ Məlumat Mərkəzi

Fikrət Məmmədovun qızı deputat seçilib?

1 dəq
Paylaş:
Fikrət Məmmədovun qızı deputat seçilib?

Konstitusiya Məhkəməsi Fikrət Məmmədovun qızının seçilməsi barədə xəbərlərə bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Konstitusiya Məhkəməsinin Xidmətindən bildirilib ki, məlumatlar həqiqətə uyğun deyil.

"Yayılan xəbərləri təkzib edərək, həmin şəxsin hakim Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsinin olmadığını bildiririk", - deyə qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının vəkili seçilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilib ki, 1 sentyabr 2024-cü il tarixində keçirilən növbədənkənar parlament seçkilərində millət vəkilliyinə namizədliyi irəli sürülən Məmmədova Nigar Fikrət qızı Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax