Operativ Məlumat Mərkəzi

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərib

1 dəq
Paylaş:
FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərib

İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğızıstana təmənnasız olaraq maddi- yardım göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Dəniz Ticarət Limanından bərə ilə yola salınan 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.

Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax