Operativ Məlumat Mərkəzi

FHN daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

2 dəq
Paylaş:
FHN daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində tədbirlərin görülməsini davam etdirir.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Şəmkir rayonunun “Ağ dağlar” adlanan ərazisində fəaliyyət göstərən fərdi sahibkar Yalçın Nəriman oğlu Əliyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, həmçinin tutumların üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının keçirilmədiyi müəyyən edilib.

Aşkarlanmış nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də, insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın bir nüsxəsi sahibkara təqdim olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax