Operativ Məlumat Mərkəzi

FHN çoxmərtəbəli yaşayış binasında təlim keçirib

2 dəq
Paylaş:
FHN çoxmərtəbəli yaşayış binasında təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Bakı şəhəri, Yasamal rayonu, küçəsi, 1 ünvanında “Nizami Boutique House” çoxmərtəbəli binasında “Çoxmərtəbəli binalarda baş verə biləcək yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd yüksəkmərtəbəli yaşayış binalarında yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, təlim keçirilən müəssisənin personalının hadisələrlə bağlı davranış qaydaları barədə maarifləndirilməsi olub.

Təlim zamanı çoxmərtəbəli yaşayış binasında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax