Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən SOCAR-ın Karbamid zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin nümayəndələri, müəssisənin rəhbər və işçi heyəti iştirak ediblər.
Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
FHN AzQAC-la birgə zavodda məşq keçirib - VİDEO
2 dəq
Foto qalereya
Oxşar xəbərlər
Video
Kriminal
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edən şəxslər tutulub - VİDEO
Video
Kriminal
Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb
Video
Multimedia
Bakıda şəhid bulağından oğurluq edilib
Video
Multimedia
Azərbaycana 41 kq narkotik keçirən İran vətəndaşı saxlanılıb - VİDEO
Eyni mövzuda
Daha çox: Multimedia
Foto
Multimedia
Bakıda İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətləri yenilənir
Foto
Multimedia
Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib - VİDEO
Foto
Multimedia
Abşeronda silah-sursat tapılıb - VİDEO
Foto
Multimedia