Əsas məzmuna keç

"Ferrari" pilotu Bakıda qəza törətməsinin səbəbini açıqlayıb

"Ferrari" pilotu Bakıda qəza törətməsinin səbəbini açıqlayıb

"" Şarl Lekler "Formula 1" üzrə Qran-prisinin birinci yürüşündə qəza törətməsinin səbəbini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Motorsport Week" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı sürücü sağa dönməzdən əvvəl əyləcə çox bərk basdığını söyləyib: "Beləliklə, özümü yolun palçıqlı hissəsində tapdım. Sonra təkərləri bağlasam da, çox gec idi. Bu səbəbdən baryerə . Həftəsonu üçün yaxşı başlanğıc deyildi. Amma bolidə arxayın idim və heç bir ciddi problem yoxdur".

Lekler ikinci sərbəst yürüşdəki problemlərin qəzanın nəticələri ilə bağlı olmadığını vurğulayıb: "Sadəcə, avtomobilə quraşdırdığımız yeni hissədə problem yarandı. Bu, sükanda mənə çətinlik yaratdı".

Qeyd edək ki, "Formula 1"də bu gün üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…