Operativ Məlumat Mərkəzi

Fazil Mustafa: "Bu seçkilər Azərbaycanda yeniləşmə prosesinin və islahatların başlanğıcı olacaq"

2 dəq
Paylaş:
Fazil Mustafa: "Bu seçkilər Azərbaycanda yeniləşmə prosesinin və islahatların başlanğıcı olacaq"

Ümid edirəm ki, bu Azərbaycanda yeniləşmə prosesinin və islahatların başlanğıcı olacaq. Kim xalqın səsi və iradəsi ilə qalib gəlsə, o da Azərbaycanın gələcəyi üçün faydalı işlər görməyə davam etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri növbədənkənar seçkilərində səsvermə hüququndan istifadə edən Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu seçkilər Azərbaycanda yeniləşmə dövrünün başlanğıcı kimi xarakterizə olunur: "Ona görə də vətəndaşlıq borcunu yerinə yetirərək seçki məntəqəsinə gəlib səs verməlidirlər. Bütövlükdə, cəmiyyətinin problemləri hələ bitməyib. Qələbə qazansaq da, hələ Azərbaycanın üzərində basqılar var, təhlükələr qalmaqdadır. Nəticədən asılı olmayaq, həmrəylik və birliyimizi qorumalıyıq. Azərbaycanın gələcəyi üçün hamı əl-ələ verib daha yaxşı və rifah içərisində yaşamağımızı təmin edən cəmiyyətə qovuşmağa dəstək olmalıyıq".

F.Mustafa vurğulayıb ki, seçki ilə bağlı yaradılan normaldır: "Bəzi xırda texniki problemlər olsa da, ümumilikdə siyasi qüsurlar yoxdur. İnsanlar azad şəkildə səsvermə hüququndan istifadə edə bilir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax