Operativ Məlumat Mərkəzi

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

1 dəq
Paylaş:
Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi ərazilərdə çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Ağsuda 5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, , Gədəbəydə 1 mm-dək olub.

Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Ağstafada 25 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Gədəbəydə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 29, Naxçıvan MR-da 28-32, Aran rayonlarında 29, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax