Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 01.07.2025

1 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 01.07.2025

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli müşahidə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, , Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin sürəti Bakıda və yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda 16, Şəkidə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu iyunun 30-da Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 32, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax