Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 19.03.2024

2 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 19.03.2024

Martın 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində dəyişib, əksər bölgələrdə yağış, rayonlarda qar yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı və yarımadası, Qobustan, Sabirabad, Kürdəmir, Göyçay, Yevlax, Mingəçevir, Naftalan, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Naxçıvan, Şərur, Sədərək, Şahbuz, Culfa, , İsmayıllı, Ağsu, Oğuz, Ağdam, Ağcabədi, Tərtər, Zərdab, Beyləqan, Lənkəran, Biləsuvar, Astara, Lerik, Yardımlı, Neftçala, Cəlilabad, İmişli, Qax, Balakən, Zaqatala, Qəbələ, Şəki, Quba, Şabrana yağış, Qusar, Şahdağ, Xaltan, Qrız, Daşkəsən, Kəlbəcər, Gədəbəyə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Daşkəsəndə 3 sm, Kəlbəcər, Gədəbəydə 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcə isti, Naxçıvan MR-də 0-5 dərəcə isti, Aran rayonlarında 8 isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.

Sumqayıt, Qobustan, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Tərtər, Beyəqan, Altıağac, Qusarda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax