Operativ Məlumat Mərkəzi

Əsədov Ciançaon ilə görüşdü

2 dəq
Paylaş:
Əsədov Ciançaon ilə görüşdü

Azərbaycanın Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançaonun başçılıq etdiyi ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Görüşdə İlham Əliyevin və Çinin Sədri Si Cinpinin siyasi iradəsi və birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirməsindən məmnunluq ifadə olunub.

Ötən il dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edilməsinin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı bildirilib.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, bu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Çin qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində duran aktual məsələlər və bir sıra konkret istiqamətlər üzrə perspektivli layihələr nəzərdən keçirildi, həmçinin ticarət-iqtisadi, investisiya, yaşıl enerji, nəqliyyat-logistika, rəqəmsal inkişaf və innovativ texnologiyalar, mədəni-humanitar, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Baş nazir tərəfindən Orta dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyəti qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Orta dəhlizin inkişafına təkan verəcəyi vurğulanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax