Operativ Məlumat Mərkəzi

Ersin Tatar İlham Əliyevə zəng edib

2 dəq
Paylaş:
Ersin Tatar İlham Əliyevə zəng edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sentyabrın 3-də Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Xidməti məlumat yayıb.

Ersin Tatar növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, seçkilərin azad, demokratik, sərbəst mühitdə keçdiyini və Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayıb.

Ersin Tatar Azərbaycan parlamentində Şimali Kipr Türk Cümhuriyyəti ilə qrupunun yaradılmasını da vurğulayaraq yeni parlamentlə parlamentlərarası dostluq qrupu çərçivəsində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Ölkəsinin Təşkilatının Şuşa Zirvə görüşünə dəvət olunmasını məmnunluqla xatırladan Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatla əlaqələrinin inkişafına verdiyi dəstəyə və dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətlər Təşkilatı çərçivəsində əlaqələrinin inkişafına və əməkdaşlığının genişlənməsinə dəstək verəcəyini qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax