Operativ Məlumat Mərkəzi

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb

2 dəq
Paylaş:
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Əsir və itkin , girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3967 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 3959 birinci müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş 8 nəfərdən 2-nin şəxsiyyəti eyniləşdirilib.

Hazırda Vətən müharibəsində itkin düşənlərin sayı 6 nəfərdir.

I Qarabağ müharibəsində itkin düşən 3959 nəfərdən 3193 nəfəri , 766 nəfər (69 uşaq, 283 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3676 nəfər kişi, 283 nəfər isə qadındır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 151 nəfər itkin şəhidin şəxsiyyəti müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax