Operativ Məlumat Mərkəzi

Ermənistandakı yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq yazılacaq - QƏRAR

2 dəq
Paylaş:
Ermənistandakı yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq yazılacaq - QƏRAR

vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılacaq. Ermənistandakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılacaq.

Bundan başqa, verilən təkrar şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılacaq. Təkrar şəhadətnamələrdə və arayışlarda Ermənistandakı yer adları yazılarkən bu qaydanın 1.5-1-ci bəndinin tələbləri tətbiq ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax