Operativ Məlumat Mərkəzi

Ermənistanda Azərbaycan bayrağını yandıran şəxsə cinayət işi açılmasından imtina edilib

2 dəq
Paylaş:
Ermənistanda Azərbaycan bayrağını yandıran şəxsə cinayət işi açılmasından imtina edilib

Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən atletika üzrə Avropa Çempionatının mərasimi zamanı bayrağını erməni vandalı Aram Nikolyanla bağlı açılmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

O iddia edib ki, istintaqın ilkin mərhələsində işdə “cinayət tərkibinin olmadığı” məlum olub.

Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra tədbirin təşkilatçılarından olan dizayner Aram Nikolyan səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Xatırladaq ki, daha əvvəl A. Nikolyanla bağlıcinayət işinin açıldığını bildirilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax