Operativ Məlumat Mərkəzi

Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir - 17.10.2025

2 dəq
Paylaş:
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir - 17.10.2025

Oktyabrın 17-də Bakı Hərbi Məhkəməsində Respublikası vətəndaşlarının ittiham olunduğu üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məhkəmə iclasında şəxslər Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan və digərlərinin bir sıra internet resurslarına müsahibələri, keçirdiyi görüşlərdə açıqlamaları və səsləndirdiyi fikirlər, eləcə də sosial şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub. Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan , Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və törədilməsinə dair çağırışlar əksini tapıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax