Əsas məzmuna keç

Ermənistan-Türkiyə sərhədi 11 günlük açılacaq

Ermənistan-Türkiyə sərhədi 11 günlük açılacaq

Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid...

vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsini açacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir.

Bu qərarı Ermənistan hökuməti martın 20-də keçirilən iclasda qəbul edib.

“Hökumət sərhəd-keçid məntəqələri ilə bağlı 2011-ci il mayın 12-də qəbul edilmiş qərara dəyişiklik edib. Həmin qərarda “Marqara” məntəqəsinin bağlanması göstərilib. Layihə baş nazirin aparatı tərəfindən hazırlanıb. Onlar qeyd ediblər ki, yeni qərarın qəbulu malların Suriyaya daha tez və daha ucuz çatdırılmasına imkan verəcək”, - məlumatda deyilir.

Sonuncu dəfə bu keçidi zəlzələdən sonra Türkiyəyə göndərmək üçün 2023-cü il fevralın 11-dən 17-dək açılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…