Operativ Məlumat Mərkəzi

Ermənistan İstintaq Komitəsi Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb

2 dəq
Paylaş:
Ermənistan İstintaq Komitəsi Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb

Ermənistanın İstintaq Komitəsi ölkənin Nikol Paşinyana çətir atan qadına qarşı açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun məlumat yayıb.

Məlumata görə, aprelin 10-da Ermənistanın baş naziri Vayodzor rayonunun Malışka kəndinə səfəri zamanı fərdi evlərdən birinin həyətində 47 yaşlı qadın tərəfindən “hücuma məruz qalıb”. Belə ki, yerli sakin “polisin tələblərinə məhəl qoymadan baş nazirin qanuni rəsmi fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd göstərərək Nikol Paşinyana çətir atıb.

Faktla bağlı sui-qəsdə cəhd, vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmaq məqsədilə vəzifəli şəxsə qarşı zorakılıq maddələri ilə cinayət işi başlanıb.

Qadın saxlanılaraq prosesi aparan orqana aparılıb. Günahı sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax