Operativ Məlumat Mərkəzi

Ermənistan daha Moskvaya arxalana bilməz - Paşinyan

2 dəq
Paylaş:
Ermənistan daha Moskvaya arxalana bilməz - Paşinyan

Ermənistanın Nikol ABŞ-ın “Politico” qəzetinə müsahibəsində Rusiyanı kəskin tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, erməni deyib ki, Rusiyanın Ukraynadakı işğalçılıq siyasəti o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz.

Paşinyan bildirib ki, Ukraynada baş verən hadisələr Rusiyanın imkanlarını dəyişdi.

"Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır", - Ermənistanın baş naziri deyib.

“Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır”.

Paşinyanın sözlərinə görə, sülhməramlıları Qarabağda üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bununla yanaşı o ardınca əlavə də edib: “Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”.

Baş nazir Azərbaycanla onilliklər davam edən münaqişədən sonra sülh sazişinin əldə edilməsi məqsədilə ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini bir daha bəyan edib:

“Əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax