Operativ Məlumat Mərkəzi

Ərdoğan Qarabağdan yazıb: "Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq"

2 dəq
Paylaş:
Ərdoğan Qarabağdan yazıb: "Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq"

“Liviyada, Suriyada, 30 ildən sonra işğaldan azad edilən Qarabağda olduğu kimi lazım olanda bütün imkanlarımızla qardaşlarımızın yanında dayanacağıq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Rəcəb Tayyib tviterdə yazıb.

O bildirib ki, Türkiyə siyasi, və hərbi gücü ilə terror təşkilatlarına qətiyyətli zərbələr endirir, dünyanı onların başına dar edir: “Ölkəmiz 3 qitənin geosiyasi mərkəzi olmasına baxmayaraq, uzun illər təkvektorlu xarici siyasət kursu ilə idarə edilib. Amma biz diplomatlarımızın da səyləri nəticəsində inamlı, təşəbbüskar və humanist xarici siyasət kursu ortaya qoyduq”.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərinin sayı 163-dən 260-a yüksəlib: “Biz dünyann ən geniş diplomatik əlaqələrinə sahib 5 ölkədən biriyik. Soydaşlarımıza və xaricdə yaşayan 7 milyon insana qucaq açmışıq.

Rusiya və arasında əsir mübadiləsi və Ukrayna taxılının dünya ölkələrinə çatdırılması üçün “Taxıl dəhlizi”nin yaradılması kimi anlaşmalarla regional böhranların həllinə töhfə veririk.

Tarixi şanlı zəfərlərlə dolu olan bir ölkə olaraq sistemdə layiq olduğumuz yerə doğru gedirik. Daxili siyasətimizin idarə olunmasına, milli iradəmizə müdaxiləyə icazə verməyəcəyik. Türkiyənin yaradılmasının yüz ilində, inşallah, bütün bu diplomatik uğurları zirvəyə qaldıracağıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax