Operativ Məlumat Mərkəzi

Ərdoğan: "Naxçıvandan gediş-gəliş hesabına Azərbaycanla əlaqələrimiz çox güclü olacaq"

2 dəq
Paylaş:
Ərdoğan: "Naxçıvandan gediş-gəliş hesabına Azərbaycanla əlaqələrimiz çox güclü olacaq"

"Zəngəzur dəhlizi məsələsini sürətlə həll etməyimiz bizə iki önəmli imkan qazandıracaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanda dövlət səfərində olan Prezidenti Rəcəb Tayyib İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata verilən birgə bəyanatda bildirib.

Onun sözlərinə görə, bu dəhliz üzərindən həm quru, həm də dəmir yolu açılacaq: “Naxçıvandan gediş-gəliş hesabına Türkiyənin Azərbaycanla əlaqələri çox güclü olacaq. Yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz, mədəniyyəti əldə etmisiniz. Əgər yol yoxdursa, heç nə yoxdur”.

“Hazırda Azərbaycanın xüsusilə müharibəən sonra infrastruktur məsələsində həssaslıqla üzərində durduğu ən önəmli mövzu yollardır. Bundan gəlişimdə də gördüm, bütün tunellər Azərbaycanın həm birinci, həm də ikinci müharibəsindən sonra necə inkişaf etdiyini, necə inkşaf etməkdə olduğunu ən gözəlk şəkildə ortaya qoyur. Təbii ki, bunları gördükcə biz iftixar hissi keçiririk”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax