Operativ Məlumat Mərkəzi

Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir - YENİLƏNİB

2 dəq
Paylaş:
Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir - YENİLƏNİB

Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada DEM Partiya ilə görüşü başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" NTV-yə istinadən xəbər verir ki, görüşdən sonra DEM Partiyanın bəyanatla çıxış edəcəyi gözlənilir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ankarada DEM Partiya heyətini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" NTV-yə istinadən xəbər verir ki, görüşün gündəmində əsas məsələ “Terrorsuz Türkiyə” prosesinin ən mühüm mərhələsi olan PKK-nın edilməsidir.

Görüşdə DEM Partiyasının Van millət vəkili Pervin Buldan, DEM Partiyasının Şanlıurfa millət vəkili Mithat Sancar, MİT rəhbəri İbrahim Kalın və AK Partiyanın sədri müavini Əfqan Ala iştirak edir.

Qeyd edək ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ikinci görüşüdür.

DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK Abdullah Öcalanla danışıqlar aparıb.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax