Operativ Məlumat Mərkəzi

Energetika sahəsində qiymətlərin müəyyənləşdirilməsi proseduru məlum olub

2 dəq
Paylaş:
Energetika sahəsində qiymətlərin müəyyənləşdirilməsi proseduru məlum olub

Təbii inhisar subyektlərinin mal, iş və xidmətləri üzrə () “Təbii inhisarlar haqqında” qanuna uyğun olaraq edilir.

Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınır. Energetika sahəsində tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, digər qiymətlər energetika subyektləri tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Energetika subyektləri, habelə onların təqdim etdiyi mallar, işlər və xidmətlər haqqında məlumatlar həmin malları, işləri və xidmətləri təqdim edən energetika subyektlərinin rəsmi internet səhifələrində və ya mediada açıqlanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax