Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev təhsil kreditinə müraciət edən 50 000-ci tələbə ilə görüşüb

2 dəq
Paylaş:
Emin Əmrullayev təhsil kreditinə müraciət edən 50 000-ci tələbə ilə görüşüb

Nazir təhsil kreditləri üzrə 50 000-ci müqaviləni tələbə ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm vəTəhsil nazirliyindən xəbər verilib.

Bildirilib ki, martın 7-də Elm və Təhsil Nazirliyində Təhsil Tələbə Fondunun vəsaiti hesabına verilən təhsil kreditləri üzrə 50 000-ci müqaviləni rəsmiləşdirən Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 4-cü kurs tələbəsi Ləman Pənahova ilə görüş keçirilib.

Əvvəlcə, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 3 illik fəaliyyəti, əldə olunan nəticələr, eləcə də əlaçı tələbələrə geri ödənişlər zamanı edilən güzəştlərlə bağlı təqdimatla çıxış edib.

Daha sonra elm və təhsil naziri Fondun təhsilin əlçatanlığı və ölkənin sistemindəki rolunun vacibliyindən danışaraq qurumun bu istiqamətdə vətəndaşların sosial rifahına töhfə verdiyini qeyd edib.

Ləman Pənahova da öz növbəsində təhsil kreditlərinin regionlarda onun kimi təhsil alan tələbələrin, xüsusilə də gənc qızların təhsilə çıxış imkanlarının artırılması baxımından əhəmiyyətini vurğulayaraq təşəkkürünü bildirib.

Sonda Ləman Pənahovaya təşəkkürnamə təqdim edilib, xatirə fotosu çəkilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax