Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev çinli həmkarı ilə sənəd imzaladı

2 dəq
Paylaş:
Emin Əmrullayev çinli həmkarı ilə sənəd imzaladı

Elm və təhsil naziri Emin Əmrullayevin Çin Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfli görüşü baş tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən görüş zamanı iki ölkə arasında elm sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Görüş çərçivəsində elm, texnologiya, həmçinin sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə " Respublikasının Elm və ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında süni intellekt elmi sahəsində Proqramının birgə tətbiqi haqqında Niyyət Məktubu" və "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq üzrə Xüsusi Proqramın birgə tətbiqi haqqında Niyyət Məktubu" imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax