Operativ Məlumat Mərkəzi

Əmək pensiyasının yenidən hesablanması qaydası müəyyənləşib

2 dəq
Paylaş:
Əmək pensiyasının yenidən hesablanması qaydası müəyyənləşib

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı qəbul edib.

Qərara əsasən, əmək pensiyasının qanunda olunmuş məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

- əmək pensiyası minimum məbləğə çatdırılır;

- maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;

- əmək pensiyası indeksləşdirilir.

Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman keçmiş dövr üzrə əskik və artıq müəyyən edildikdə, həmin ödəmələr əvəzləşdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax