Operativ Məlumat Mərkəzi

Elm və təhsil naziri Qarabağ Universitetinin yaradılmasından danışıb

2 dəq
Paylaş:
Elm və təhsil naziri Qarabağ Universitetinin yaradılmasından danışıb

" Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq olacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq: "Ancaq şəxsi maraqlarn böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır. Əminəm ki, bunu edə biləcəyik. Bir günə universitet yaratmaq mümkün deyil. Ancaq inanmaq istəyirik ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları, gənc alimləri orada görmək imkanımız olacaq. Ümumilikdə həmin universitetdə bütün mümkün resurslardan istifadə . Elm sahəsi üzrə fəaliyyətin dürüstlük prinsipi əsasında izlənilməsi üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, noyabrın 28-də İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax