Operativ Məlumat Mərkəzi

Əli Əsədov yeni qərar imzalayıb

2 dəq
Paylaş:
Əli Əsədov yeni qərar imzalayıb

"Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 4 iyun 2019-cu il tarixli qərarında dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, ölkə Prezidentinin " və Kommunikasiya Holdinqinin ("AZCON Holding") yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" 7 noyabr 2024-cü il tarixli fərmanına uyğun olaraq, "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası", "Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları və "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası" "AZCON Holding"in şirkətlərinə şamil edilməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax