Operativ Məlumat Mərkəzi

Əli Əsədov SpaceX şirkətinin prezidenti ilə görüşüb

2 dəq
Paylaş:
Əli Əsədov SpaceX şirkətinin prezidenti ilə görüşüb

Azərbaycanın mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın “Space Exploration Technologies Corporation” (SpaceX) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanda Starlink internet xidmətlərinin göstərilməsi ilə bağlı SpaceX şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulandı.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən , distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırıldı.

Bakı şəhərinin cari ilin oktyabr ayında keçiriləcək 74-cü Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirildi.

Görüşdə ilə SpaceX şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax