Əsas məzmuna keç

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Dekabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor...

Dekabrın 16-da Respublikasının Baş naziri ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüş zamanı Azərbaycan Respublikasının Rusiya Federasiyasının müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub.

Ticarət-iqtisadi və investisiya sahələrində qarşılıqlı fəaliyyətin artırılması, nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.

Həştərxan vilayəti tərəfindən Qubadlı rayonunda uşaq bağçasının inşası qeyd edilib.

Söhbət zamanı “Şimal–Cənub” dəhlizinin inkişafına, həmçinin Xəzər dənizinin dayazlaşması probleminə xüsusi diqqət yetirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…